11 Yanvar 2021 08:55
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya dənizinin sahillərini bürüyən qar yağması səbəbindən ölkədə ən azı 8 nəfər ölüb, 277 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "NHK" telekanalı məlumat verib.

Məlumata əsasən, hadisələrin əksəriyyəti dam və ağaclardan sırsıraların tökülməsi, həmçinin qar təmizlənməsi zamanı baş verib.

Ötən gün ərzində yerli hakimiyyət orqanlarının və ölkənin Müdafiə Qüvvələrinin qar təmizləməsində iştirak edən dəstələri sayəsində qar yağmaları nəticəsində 1000-dən çox tıxaclardada qalan avtomobilləri çıxarmağa müvəffəq olublar.

Bildirilir ki, daha əvvəl qar yağması səbəbindən yerli aviaşirkətlər 500-dən çox planlı uçuşu təxirə salıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər