Almaniyada marksist siyasətini anmaq üçün toplanan qrupla polis arasında qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, aşırı sol qruplar 1919-cu ildə Berlində öldürülən Roza Luksenburqu anmaq üçün yürüş keçirib.
Yürüş zamanı solçular qadağan edilən simvolları qaldırdığı üçün polis prosesə müdaxilə edib. Bu zaman qarşıdurma yaşanıb.
32 nəfər həbs edilib.