Keçirilən son anket-sorğunun nəticələrinə görə, amerikalıların 56 faizi Prezident Donald Trampın yanvarın 20-də postunu təhvil verməzdən əvvəl istefasının lazım olduğunu düşünür, 67 faizi isə Konqresə beş nəfərin ölümünə səbəb olan basqınlardan onun cavabdeh olduğunu söyləyir.
Teleqraf.com xəbər verir ki, bu nəticələr “ABC News” televiziyası və “Ipsos” şirkətinin apardığı son sorğuda qeydə alınıb.
Sorğuda iştirak edənlərin 56 faizi hesab edir ki, yeni Prezident Co Bayden yanvarın 20-də vəzifəsinin icrasına başlamadan Donald Tramp tutduğu postdan azad edilməlidir.
Sorğuda demokrat olduqlarını iddia edənlərin 94 faizi, respublikaçı olduqlarını iddia edənlərin isə 13 faizi Trampın vəzifədən uzaqlaşdırılmasını dəstəkləyib. Siyasi baxışları müstəqil olan şəxslərin isə 58 faizi bu düşüncədədir.
Araşdırma Co Baydenin Amerika demokratiyasını qoruyacağına inamı da şübhə altına alıb. Demokratların 94 faizi Baydenə inandığı halda, respublikaçıların yalnız 14 faizi yeni prezidentin Amerika demokratiyasını qoruyacağını söyləyib.