“Donald Trampı Rusiya Prezidenti Vladimir Putinin “əl qulluqçusu” adlandırdan Konqresin Nümayəndələr Palatasının sədri Nensi Polesi hesab edir ki, Rusiya Trampla bağlı kompramatlara malik ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Nensi Polesi CBS-yə müsahibəsində deyib.
“Mən bilmirəm ki, rusların Prezident Trampla bağlı nəyi var-şəxsi, siyasi və ya maliyyə. ABŞ prezidentinin Putinin belə “qulluqçusu” olmasının başqa izahı yoxdur”, - Nümayəndələr Palatasının spikeri bildirib.
Prezidenti Trampı “dəli” adlandıran Polesi əlavə edib ki, onun mühakimə olunduğuna dair fikirlər var:
“Təəssüf ki, icra hakimiyyətini idarə edən şəxs dəli, balanssız, təhlükəli ABŞ prezidentidir. Buna qarşı özümüzü müdafiə edə bilməyimiz üçün bir neçə gün vaxt lazımdır. Ancaq o qədər ciddi bir şey etdi ki, ona qarşı cinayət təqibi tələb olunmalıdır”.
Qeyd edək ki, Demokrat Partiyası Prezident Trampın Ağ Evə ayaq basdığı ilk gündən onun Rusiya ilə hansısa əlaqələrə malik olduğunu iddia edirlər. Ağ Ev və Kreml bu iddiaları təkzib edib.