23 Oktyabr 2014 00:51
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəd rejimi İŞİD-in ələ keçirdiyi hərbi təyyarələri aviasiya zərbəsi ilə məhv edib.

Teleqraf.com-un məlumatına görə, bu açıqlama ilə Suriya İnformasiya naziri Ümran əl Zubin çıxış edib.

O, bildirib ki, təyyarələr Suriya Hərbi Hava Qüvvələrinin hücumundan sonra sıradan çıxarılıb.

Qeyd edək ki, ötən həftə Suriya İnsan haqları təşkilatının direktoru Rami Əbdülrəhman Səddam Hüseyn dövründə zabit olan bəzi şəxslərin İŞİD döyüşçülərinə təyyarələri idarə etməklə bağlı təlimlər keçdiyini açıqlamışdı.


Müəllif:

Oxşar xəbərlər