13 Yanvar 2021 08:45
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Mayk Pens ölkə lideri Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.

Teleqraf.com-un məlumatına görə, müvafiq bəyanat Ağ Evin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir: "Hadisələrin belə inkişafının ölkəmizin mənafeyinə və ya konstitusiyamıza uyğun olduğunu hesab etmirəm".

Xatırladaq ki, N.Pelosi vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkə konstitusiyasının 25-ci düzəlişindən istifadə etməyə çağırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər