“Putin Ukraynanın şərqini Krım ssenarisi ilə tutmağa çalışır”.
Teleqraf.com Unian.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Leon Panetta çıxış edib.
O, Putinin Ukrayna və digər ölkələrə qarşı həyata keçirdiyi hərəkətə qarşı cəld davranmağın vacib olduğunu bildirib:
“Rusiyaya qarşı sanksiyalar tətbiq edilməlidir ki, Putinin fəaliyyətinin qarşısı alınsın. Əgər onlar başqa ölkələrin ərazisini tutmaq istəyirlərsə, o zaman biz onları dayandıracağıq. Soyuq müharibənin geridə qaldığını düşünürdük, amma görünür, artıq yeni soyuq müharibə ilə qarşı-qarşıyayıq”.