ABŞ Nümayəndələr Palatası vitse-prezident Mayk Pensi Konstitusiyanın 25-ci maddəsi ilə prezident Donald Trampı impiçmentə çağıran bir qanun layihəsi qəbul edib.
Teleqraf.com xəbər verir ki, demokratlar Konqresə basqında Trampın məsuliyyət daşıdığını bəyan edərək vəzifəsindən uzaqlaşdırılması istiqamətində ilk addımı atıblar.
Demokratlar Pensi Konstitusiyanın 25-ci əlavə maddəsindən istifadə edərək Trampı istefaya çağırıblar. Ancaq səsvermə keçirilməzdən əvvəl Pens Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Konstitusiyanın 25-ci maddəsini tətbiq etməyəcəyini bildirdiyinə dair məktub göndərib, bu səbəbdən palatadakı səsvermə simvolik xarakter daşıyır.
Layihənin müzakirə hissəsində çıxış edən demokratlar Trampı sərt tənqid ediblər. Respublikaçı senatorlar isə demokratlar üçün yeganə problemin Trampdan canlarını qurtarmaq olduğunu bildirərək, prezidenti müdafiə ediblər.
Layihə Pensə Trampın impiçmentinə cavabını Konqresə təqdim etməsi üçün 24 saat vaxt verir. Lakin Pensin gündəliyində impiçment məsələsi yoxdur. O, Trampı istefaya göndərmək üçün heç bir addım atmayacağını bildirib.
Donald Tramp dünən verdiyi açıqlamada da bu səylərin onun üçün sıfır risk yaratdığını deyib.