22 Oktyabr 2014 22:53
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf com-un verdiyi xəbərə görə, hadisənin təfərrüatları barədə "New York Times" qəzeti polisə istinadla məlumat yayıb.

Ottava polisi atışmada şübhəli bilinən bir neçə nəfərin olduğunu qeyd edib, onlar barəsində hazırda axtarış- əməliyyat tədbirləri həyata keçirilir. Polis vətəndaşlara pəncərəyə və parlamentin binasına yaxınlaşmamağı tövsiyə edib.

Qeyd edək ki, atışma Ottavada eyni vaxtda bir neçə yerdə baş verib. Ottava polisi şəhərdə azı üç silahlı insidentin olduğunu təsdiqləyib.

Polisin məlumatına əsasən, atışma parlamentin binasında, Milli hərbi memorialın yaxınlığında və “Rideau Centre” Ticarət Mərkəzində törədilib.

Son məlumata görə, Ottavanın mərkəzində silsilə atışma nəticəsində daha 2 nəfərin yaralanıb. “CBC” telekanalı xəstəxanaya 2 yaralının gətirildiyini qeyd edib.

22:20

Ottavada Kanada parlamentinin binasında atəş açan naməlum şəxs güllələnib.

Teleqraf.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kanada parlamentinin deputatı Bernar Trottye "Twitter" səhifəsində yazıb.

Naməlum şəxs binanın yaxınlığındakı hərbi qulluqçusu yaralayıb içəri daxil olduqdan sonra ölkənin Baş naziri Stiven Harperi təxliyə ediblər.


Müəllif:

Oxşar xəbərlər