"Rusiyanın dəstəyi olmadan Novorossiya mümkün deyil”.
Teleqraf.com-un məlumatına görə, bunu Ukrayna Radasının eks-deputatı Oleq Çarev Rusiyanın "Yağış" telekanalında söyləyib.
O, Donbasda ön xətlərdə rus hərbçilərinin vuruşmadığını deyib:
“Rusiyanın dəstəyi olmadan Novorossiya layihəsi olmazdı. Lakin Donbasın ön xətlərində mən rus hərbçilərini görməmişəm. Donbasdakı camaat Novorossiyaya səs verib və yeni respublikanı böyük biznesmenlər və keçmiş hökumət rəsmiləri deyil, adi ruslar dəstəkləyir. Mən bu günə kimi Ukraynada Rusiya Federasiyasından olan hərbi texnika görməmişəm”.