13 Yanvar 2021 21:57
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Qurumu ölkədə təcili peyvəndlənmə prosesinin başlanmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, qurumun qərarını səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə Komitəsinin iclasından sonra açıqlayıb.

O bildirib ki, ölkəyə gətirilən CoronaVac vaksininin 14 günlük təhlükəsizlik testi başa çatıb.

“Əvvəlcə özümün vaksin vurdurcağımı sizə demişdim. Bir azdan sizin qarşınızda Komitə üzvlərimizdən koronavirus xəstəliyini keçirmiş, yaxud könüllü olanlarla birlikdə peyvənd olunacağıq. Sabahdan etibarən bütün tibb işçilərinə vaksinin vurulmasına başlanılacaq”, - deyə nazir qeyd edib.

F.Qocanın sözlərinə görə, onun bu addımı vətəndaşları motivasiya edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər