ABŞ kəşfiyyatının əməkdaşları ölkənin yeni seçilmiş prezidenti Co Baydenin inauqurasiyasına silahlı qruplar və irqçi-ekstremistlər tərəfindən təhlükələr haqqında xəbərdarlıq ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə kəşfiyyat bülleteninə istinadən “New York Times” qəzeti bildirib.
Qeyd edilir ki, kəşfiyyat bir həftə əvvəl meydana çıxan Kapitolidəki iğtişaşların andiçmə mərasimini hədəf alan silahlılar və irqçi ekstremistlər üçün şiddətinin əhəmiyyətli hərəkətverici qüvvəsi” barədə xəbərdarlıq edib.
Yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarına “zəif respublikaçıların seçkilərin nəticələrini etiraz etmələrinə kömək etmək üçün" Kapitoliyə getməyə çağırıb.
Trampın tərəfdarlarının bir qismi Kapitolini mühasirəyə alıb, zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsib. Hadisələr zamanı beş nəfər həlak olub.
Konqresdəki demokratlar vitse-prezident Mayk Pensi Trampı vəzifədən kənarlaşdırmağa çağırıblar. Lakin o, bundan imtina edib. Belə olduqda demokratlar Nümayəndələr Palatasında impiçmentə başlayıblar.
Co Baydenin inauqurasiyası yanvarın 20-ə planlaşdırılıb.