14 Yanvar 2021 14:10
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev ölkənin pravoslav kilsəsinin ən yüksək mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, Pravoslav Kilsənin rəhbəri Aleksandr Mogilyev Nursultan Nazarbayevə "Alqış" medalı təqdim edib.

Aleksandr Mogilyev Nursultan Nazarbayevin Qazaxıstanda dinlər arasında harmoniyanın möhkəmləndirilməsindəki töhfəsini vurğulayıb və ölkənin rifahı üçün çox şey etdiyini bildirib.

Nursultan Nazarbayev müstəqilliyin ilk günündən ölkədə tolerantlığın gücləndirilməsinə və bütün etnik qruplar arasında dostluq və inamın artırılmasına yönəlmiş bir siyasət yürüdüklərini deyib. Prezident əlavə edib ki, ölkənin sabitliyi və inkişafı birlik və dostluğa əsaslanır.


Müəllif: Yeganə Oqtayqızı