23 Oktyabr 2014 09:09
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni öz siyasi karyerasını davam etdirəcəyini açıqlayıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, o, bu barədə lideri olduğu "İrəli, İtaliya" partiyasının senatorları ilə görüşündə bildirib.

Berluskoni deyib ki, növbəti parlament seçkilərində öz partiyasının qalib gələcəyinə ümid edir: "Mən qayıtmaq və qələbə qazanmaq üçün oyunda qalıram. Həyatım boyu gördüyüm bu qədər işlərdən sonra mən siyasi səhnədən elə-belə gedə bilmərəm", - 78 yaşlı siyasətçi bildirib.

"Mən hər gün səhərdən axşama qədər işləyirəm. Ona görə işləyirəm ki, yenilənən və güclənən "İrəli, İtaliya" partiyası siyasətə qayıtsın və seçkilərdə qalib gəlsin", - o, əlavə edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər