Onun sərvəti kompensasiya kimi Rusiyaya qaytarılacaq
İsveçrə hökuməti Boris Berezovskinin adına olan bank hesablarına həbs qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə "İnterfaks"a məlumatlı mənbələrdən bildirilib.
"Söhbət 21 milyon İsveçrə frankından (916 milyon rubl) gedir. Hesablara Rusiya Prokurorluğunun sorğusu əsasında həbs qoyulub", - mənbə deyib.
Onun sözlərinə görə, güman ki, həmin pullar konpensasiya kimi Berezovskinin fəaliyyətindən ziyan çəkən Rusiyaya qaytarılacaq.
Nihad