15 Yanvar 2021 11:56
6 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

10:21

Suriya Milli Ordusu (SMO) Rusiya xüsusu təyinatlıları və Bəşər Əsəd rejimi qüvvələrinin İdlibin cənubundakı cəbhə bölgələrinə müdaxilə cəhdinin qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, Rusiya xüsusi təyinatlı qüvvələri və Əsəd ordusu gecə saatlarında SMO-nun Enkavidəki mövqelərinə ələ keçirməyə cəhd edib.

Çox sayda itki verən rejim qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.

Məlumata görə, Rusiya xüsusi təyinatlı qüvvələrindən yaralılar var.

Müdaxilə cəhdinə cavab olaraq, SMO rejimin Həmanın bölgəsinin Fattira kəndindəki mövqelərinə artilleriya və raket zərbələri endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər