Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəddə yerləşən Zəhək qəsəbəsində naməlum silahlı dəstənin üzvləri ilə baş verən qarşıdurmada İran sərhədçisi həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisə yanvarın 13-də axşam saatlarında İran sərhədçiləri Zəhəkdə reyd keçirərkən baş verib. Reyd zamanı naməlum yaraqlı dəstə üzvləri ilə qarşıdurma yaranıb. Atışma nəticəsində bir İran sərhədçisi həlak olub.
Qarşıdurmadan sonra bölgədə yaraqlı dəstə üzvlərini ələ keçirmək üçün axtarış-əməliyyat tədbirləri başlayıb.