Qazaxıstan hökuməti istefa verib.
Teleqraf.com xəbər verir ki, Qazaxıstanda keçirilən parlament seçkilərindən sonra konstitusiyaya uyğun olaraq parlament tərəfindən yeni hökumət təsdiq edilməlidir.
Baş nazir Əsgər Maminin rəhbərliyində köhnə hökumət istefa versə də, yeni hökumət kabinetinin qurulmasına qədər vəzifəsini icra edəcək.
Xatırladaq ki, Qazaxıstanda yanvarın 10-da parlament seçkiləri keçirilib. İqtidardakı Nur Otan Partiyası 71,9, Demokrat Partiyası 10,95, Xalq Partiyası 9,10 faiz səs toplayaraq parlamentə düşüb.