Rusiyalı müğənni Olqa Buzova Prezident Vladimir Putindən ona münasibətini soruşmaq istəyir.
Teleqraf.com xəbər verir ki, müğənni “Komsomolskaya Pravada” qəzetinə müsahibəsində Rusiya liderindən danışıb.
“Mən onunla görüşə hazırlaşmaq üçün çox vaxt aparardım, çünki xoş təsir bağışlamaq istəyirəm. Ancaq Vladimir Vladimiroviç indi studiyaya girsəydi, soruşardım: “Məni tanıyırsınız? Mənə münasibətiniz necədir?” – Buzova qeyd edib.
O, Putinin güclü və xarizmatik bir insan olduğunu və əvvəllər onun üçün ideal olduğunu vurğulayıb.
Buzova vaxtilə Putinə aşiq olduğunu da gizlətməyib: “Düşünürəm ki, bir çox qız ecazkar ölkəmizin başçısına aşiq olmaq hissini yaşayıb”.