İraqın paytaxtı Bağdadda ötən axşam saatlarında törədilmiş iki partlayış nəticəsində 30 nəfər ölüb, azı 70 nəfər yaralanıb.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, şəhərin Mədinə əs-Sədr rayonunda, xəstəxananın qarşısında törədilmiş birinci partlayış nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
İkinci partlayış mərkəzi Karada rayonunda törədilib. Avtomobilin partladılması nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb.