Rusiya Açıq Səma Müqaviləsindən çıxmaq üçün daxili prosedurlara başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.
Bildirilir ki, ABŞ 2020-ci il noyabrın 22-də Açıq Səma Müqaviləsindən çıxandan sonra iştirakçı ölkələr arasında balansı pozulub.
Rusiya XİN müqavilənin ciddi şəkildə etibardan düşdüyünü, BMT-nin etimad və təhlükəsizliyi gücləndirən rolunun zəiflədiyini vurğulayıb.
Nazirliyin məlumatına görə, Rusiya müqavilənin yeni şərtlər altında davam etdirməsinə təminat yaratmaq üçün sazişin əsas müddəalarına uyğun konkret təkliflər versə də, ABŞ bu təklifləri dəstəkləməyib. Yeni şərtlər altında müqavilənin davam etməsi üçün maneələrin aradan qaldırılması prosesində irəliləyiş olmadığına görə Moskva müqavilədən çıxmaq üçün daxili prosedur başladıb.
Qeyd edək ki, Açıq Səma Müqaviləsi 24 mart 1992-ci ildə Helsinkidə imzalanıb və 35 üzv dövlət qoşulub.