ABŞ-da Ağ evin ərazisinə növbəti icazəsiz daxil olma cəhdinin qarşısı alınıb. Naməlum şəxs ABŞ prezidentinin işçi iqamətgahının şimal tərəfdən hasarı aşıb.
Teleqraf.com-un TASS agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Xüsusi Xidməti açıqlama yayıb..
Gözətçi itlər ona hücum edib və sonra onu mühafizə xidməti saxlayıb.
Araşdırma başlayıb, kənar şəxslərin əraziyə girişi bağlanıb.