Fələstin Prezidenti Mahmud Abbas parlament və prezident seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərmana əsasən, parlament seçkiləri mayın 22-də, prezident seçkiləri isə iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, Fələstin konstitusiyasına görə, seçkilər 4 ildən bir keçirilməlidir, lakin ölkə İsrailin mühasirəsi altında olduğu üçün 2006-cı ildən bu günə qədər seçkilər keçirilməyib.