16 Yanvar 2021 01:36
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Honkonqdakı vəziyyətlə əlaqədar bir neçə Çin vətəndaşını sanksiya siyahısına daxil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumatda qeyd olunub.

Ümumilikdə siyahıya altı nəfər daxil edilib. Onların arasında Çin vətəndaşları da var. Bundan başqa, Honkonq Polis Komissarının müavini Frederik Çoi də sanksiya ilə üzləşib.

ABŞ son zamanlarda ÇXR-ə və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı azlıqlara zülm, insan haqlarının pozulması, Honkonq muxtariyyətinin pozulması və bu kimi digər bəhanələrlə sanksiyalar tətbiq edib, buna bənzər bir sıra addımlar atıb. Çin isə öz növbəsində ABŞ-ın bütün ittihamlarını rədd edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər