16 Yanvar 18:05
310

Almaniya Kansleri Angela Merkelin sədri olduğu Xristian Demokrat Birlik Partiyasının (CDU) qurultayı yeni sədrini seçəcək.

Teleqraf.com xəbər verir ki, ötən gün başlayan 33-cü qurultay bu gün axşam saatlarında başa çatacaq.

Minlərlə insanın iştirak edəcəyi qurultayda səsvermə onlayn formada keçiriləcək.

Qeyd edək ki, Merkeldən sonra partiya sədri olmaq iddiasında olan üç namizəd var. Bunlar Armin Lasçet, Fedrik Merz və Norbert Röttgendir.

Üç namizədin yarışacağı qurultayda partiya sədri seçiləcək şəxs sentyabrın 26-da keçiriləcək parlament seçkilərində kansler postuna namizəd olacaq və partiyanı seçkilərə daşıyacaq.

Berlinin sərgi mərkəzində keçirilən qurultayı fiziki olaraq 8 partiya üzvü idarə edir. Partiya lideri olmaq istəyən namizədlər də buradan prosesi izləyirlər.

Səsvermə onlayn aparıldığı üçün partiyanın 12-ci sədrinin kimliyi yanvarın 22-də rəsmi bilinəcək.

Son anket sorğusuna görə Federik Merz digər iddiaçılardan irəlidədir.

Xatırladaq ki, Kansler Angela Merkel partiya sədri və Kansler vəzifəsinə yenidən namizəd olmayacağını bəyan edib.

Beləliklə də, bu gün partiya sədrliyinə seçilən şəxs Almaniyanın və Avropa Birliyinin müasir tarixində əhəmiyyətli fiqur olacaq.


Müəllif: Cavad