Ebola virusundan bu günə qədər 4877 nəfər ölüb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı açıqlama verib. Təşkilatın məlumatına görə, ümumilikdə 9936 nəfər bu xəstəlikdən əziyyət çəkir. Onların böyük əksəriyyəti Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya və Sierra Leonede sakinləridir.
Bundan başqa, açıqlamada 443 səhiyyə işçisində virusun aşkar edildiyi, 244-nün isə artıq həyatını itirdiyi vurğulanıb.
ABŞ-da isə Ebola ilə mübarizə aparmaq üçün Xəstəliklərə Nəzarət Mərkəzi vacib tədbirlərini davam etdirir. Qeyd olunur ki, ölkəyə Qərbi Afrikadan gələn bütün sərnişinlər 21 gün müddətində yoxlanılacaq.
Samir