16 Yanvar 2021 19:31
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin vitse-prezidenti Fuad Oqtay koronavirusa qarşı peyvənd olunub.

Teleqraf.com xəbər verir ki, Ankara şəhər xəstəxanasında vaksin vurduran Türkiyə prezidentinin köməkçisi 15 dəqiqə gözləyəndən sonra media nümayəndələrinə müsahibə verib.

Fuad Oqtay özünü yaxşı hiss etdiyini və Türkiyənin dünyaya nümunə olan vaksinasiya sistemi olduğunu deyib.

O, ölkəsinin COVID-19-a qarşı mübarizədə son dərəcə uğurla mübarizə apardığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər