ABŞ-da seçki prosesi dövründə yaşanan gərginlik və Konqresdəki şiddətli olayların kölgəsi altında reallaşacaq yeni prezidentin andiçmə mərasimi üçün Vaşinqton və Müdafiə Nazirliyində (Pentaqon) misilsiz təhlükəsizlik tədbirləri görülür.
Teleqraf.com xəbər verir ki, Konqres hadisələri ilə bağlı istintaqın genişləndirildiyi vaxt Prezident Trampı dəstəkləyən bəzi qruplar demokrat Co Baydenin andiçmə mərasiminin keçiriləcəyi yanvarın 20-də 50 ştatda silahlı nümayiş keçirəcəyini elan ediblər.
Bu məlumatların dövriyyəyə buraxılmasından sonra ABŞ Ordusu Vaşinqtona göndərdiyi 8500 nəfərlik Milli Qvardiya personalının sayını əvvəlcə 21 000-nə, daha sonra 25 000-nə çatdıracağını açıqlayıb.
Vaşinqtonda Milli Qvardiya personalının sayının Pentaqonun keçən həftə açıqladığı çəkilmə müddətindən əvvəl Əfqanıstan və İraqdakı ABŞ hərbi qüvvələrinin sayını keçdiyi bildirilib. Əvvəlki tədbirlər və mərasimlərdə ağır silahların iştirakı olmadan xidmət edən Milli Qvardiyanın Baydenin andiçmə mərasimində ağır silahlarla iştirak edəcəyi deyilib.
20 yanvar 2017-ci il tarixində Trampın andiçmə mərasimində 8000, 2013-cü il yanvarın 20-də Barak Obamanın andiçmə mərasimində 8000, 2009-cu il yanvarın 20-də keçirilən andiçmə mərasimində (Obama) isə 10.000 Milli Qvardiya personalı xidmət edib.