Avstriya hökuməti koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün 26 dekabrda başlayan üçüncü sərt karantin müddətini 24 yanvardan 7 fevrala qədər uzadmağa qərar verdi.
Teleqraf.com xəbər verir ki, bunu Avstriya kansleri Sebastian Kurtz deyib.
Bildirilir ki, hazırda hər 100 min sakinə 131 yoluxma hadisəsi düşür. Karantinin uzadılmasının səbəbi bu göstəricini 50-yə salmaqdır.
Kansler qeyd edib ki, Avstriya Britaniya və İrlandiyada baş verən xəstəliyin yeni ştammının sürətli yayılması vəziyyətindən qaçınmaq istəyir.
Son məlumata əsasən ölkədə ümumilikdə 393,7 min yoluxma halı qeyd olunub, 7 mindən çox sakin bu virusdan vəfat edib.