18 Yanvar 2021 13:25
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Fladelfiya ştatında dünyanın ən nadir bir heyvan növü olan tonkin qulman dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, kiçik meymun Filadelfiya şəhərindəki bir zooparkda doğulub.

“O dünyaya gələndə anası Mey meynin ona maraq göstərmədiyini gördük. İsti bir mühitdə olması üçün bir müddət xəstəxanada saxladıq. Bu müddətdən sonra ana və körpə bir-birinə bağlandı, bütün ailənin vəziyyəti yaxşıdır”, - zooparkdan verilən açıqlamada qeyd edilib.

Ümumdünya Təbiət və Təbii Sərvətləri Qoruma Təşkilatı tərəfindən nəsli kəsilməkdə olan bir növ kimi qeydə alınan tonkin qulman meymunlarına Çin və Vyetnamda rast gəlinir.

Tonkin qulman “yarpaq meymunu” da (Francois' leaf monkey) adlandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər