23 Oktyabr 2014 12:30
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin həyətində qonağı azərbaycanlı həmkarı Elmar Məmmədyarov qarşılayıb.

Əvvəlcə nazirlər arasında təkbətək görüş olub. Daha sonra görüşə nümayəndə heyətləri də qatılıb. Hal-hazırda görüş davam edir.

Qeyd edək ki, Almaniya xarici işlər nazirinin səfərinə medianın böyük diqqəti müşahidə olunur. Hazırda XİN-in mətbuat zalında böyük qələbəlik hökm sürür. Azərbaycanda akkreditə olunmuş xarici ölkə kütləvi informasiya vasitələri də görüşə böyük diqqət göstərir. Eyni zamanda Frank Valter-Ştaynmayeri Almaniyadan gəlmiş böyük jurnalist heyəti müşayiət edir.

Bu dəqiqələrdə E.Məmmədyarovun və Frank Valter-Ştaynmayerin birgə mətbuat konfransının başlayacağı gözlənilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər