İrlandiyalı MMA döyüşçüsü (Qarışıq Döyüş Sənəti) Konor Makqreqor təcavüz iddialarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə ESPN-ə verdiyi müsahibə zamanı danışıb.
“Başıma dəhşətli şeylər gəldi. Ancaq səni öldürməyən şey səni daha da gücləndirir. Mən bu təcavüzdən kənarda idim, amma ailəm və komandam məni dəstəklədi”, - 32 yaşlı idmançı deyib.
Makqreqor bir atlet tərəfindən cinsi təcavüz xəbərlərindən sonra özünü dəfələrlə qalmaqalların mərkəzində tapıb. İrlandiyalı döyüşçü 2020-ci ilin sentyabrında Korsikada tətildə olarkən sərxoş halda yamaykalı evli qadına cinsi təcavüz iddiasından sonra saxlanılmışdı. Təcavüz iddiası ilə gündəmə gələn qadın evlidir.
Əlavə edək ki, Konor Makqreqor yanvarın 24-də Ultimate Fighting Championship (UFC) yarışlarına qayıdır. Dastin Pore onun rəqibi olacaq.
Makqreqor iki çəki dərəcəsində keçmiş UFC çempionudur.