19 Yanvar 2021 11:40
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni Prezidenti Co Baydenin andiçmə mərasimi sabah keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yanvarın 6-da Konqresin binasına basqından sonra paytaxt Vaşinqton və 50 ştatda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vaxt bəzi bölgələrdə silahlı aksiyalar təşkil edilib.

Ohayo ştatında əllərində avtomat və digər odlu silahlar olan 50-yə yaxın Donald Tramp tərəfdarı “Ya Azadlıq, ya da Ölüm” yazılmış pankartla ştat Konqresinin binası qarşısında toplaşıb.

Miçiqanda da eyni hal baş verib. Texasdakı aksiyaya isə 100 silahlı etirazçı toplanıb.

ABŞ Təhqiqatlar Bürosu (FBI) Konqres basqınından sonra – yanvarın 20-də bölgələrdə baş verə biləcək silahlı qarşıdurmalar barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər