20 Yanvar 2021 20:25
2 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər son 50 ildə Günəş ətrafında fırlanma sürətinin artmasına görə 2021-ci ilin adi vaxtdan daha qısa olacağını bildiriblər.

Teleqraf.com xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika professoru Paul Delaney Yerin fırlanma sürətinin artdığını və bu dəyişikliyin dünyadakı zamanın sürətləndiyi demək olduğunu söyləyib.

Elmi hesablamalara görə, 2021-ci ildə ortalama bir gün normal 24 saatlıq bir gündən (86.400 saniyə) 0.05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğunu deyən Delaney əriyən buzlaqların Yer üzündə kütlənin yerləşməsini dəyişdirdiyini və suların yerin fırlanma oxuna yaxınlaşdıqca fırlanma sürətini artırdığını qeyd edib.

Delaney dünyanın bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran bir skaterə bənzədib.

Professor qısalmanın bir saniyədən çox az olacağına görə insanların gündəlik fəaliyyətlərinə təsir göstərməyəcəyinə diqqət çəkib və iqlim dəyişikliyi səbəbiylə buzlaqların əriməsinin qlobal saat qurşağına və günlərin müəyyən olunmasına təsir göstərə biləcəyini xəbərdar edib. Delaney bunun qarşısını almaq üçün “sıçrayış saniyəsi” tətbiqetməsindən istifadə edilə biləcəyini deyib.

Ancaq bəzi mütəxəssislərə görə, bu tətbiqetmə ilə təyin olunan təqvim ilinin son dəqiqəsinə əlavə 1 saniyə əlavə etmək, Yerin fırlanma sürətindəki dəyişikliyi nəzərə almayan avtomatik saat tətbiqetmələrinin olduğu smartfonlarda, kompüterlərdə və rabitə sistemlərində qarışıqlıq yarada bilər.

Milli Standartlar və Texnologiya İnstitutu (NIST) 1972-ci ildən 2016-cı ilə qədər orta hesabla hər 1.5 ildə “sıçrayış saniyələri” əlavə edib. Bununla birlikdə, 2016-cı ildən bəri “International Earth Rotation and Reference Systems Service” (IERS) Yerin fırlanma sürətinin artması səbəbindən “sıçrayış saniyəsi” tətbiqetməsinin artıq lazım olmadığını açıqlayıb. Eyni zamanda, IERS 2019-cu ilin iyul ayında 2020-ci il üçün “sıçrayış saniyələri”nin əlavə edilməyəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər