20 Yanvar 2021 16:43
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Co Baydeni 2015-ci il nüvə anlaşmasına qayıtmağa və İrana qarşı ağır sanksiyaları ləğv etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Ruhani bunu televiziyada yayımlanan kabinet iclasında deyib:

"Məsuliyyət hazırda ABŞ məhkəməsindədir. Vaşinqton 2015-ci il çıxdığı nüvə anlaşmasına qayıtsa, razılaşma çərçivəsində götürdüyümüz öhdəliklərə tam əməl edəcəyik.

ABŞ Prezidenti Donald Trampın siyasi karyerası bu gün bitdi və İrana “maksimum təzyiq” siyasəti tamamilə iflas oldu".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər