20 Yanvar 2021 17:37
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın gözü ABŞ-da olacaq. Amerikada Donald Tramp dövrünün bitdiyi, Co Bayden dövrünün başlandığına rəsmi inauqurasiya mərasimi ilə start veriləcək. Ənənəyə əsasən hər zaman ABŞ prezidentlərinin yanında daşınan “Nüvə kodlu” qara çomadan inauqurasiya mərasimi zamanı yeni prezident Baydenə təhvil verilməlidir. Bu proses inauqurasiya zamanı qara çomadanın sabiq prezidentin yanında olan hərbçinin gələcək prezidentin yanında olan hərbçiyə verməsi ilə tamamlanmalıdır.

Teleqraf.com xatırladır ki, bu gün səlahiyyətləri rəsmən başa çatan Prezident Donald Tramp Baydenin inauqurasiya mərasiminə qatılmır və Floridaya uçaraq özünə vida mərasimi düzənləyəcək.

Beləcə dünyanın ən güclü nüvə silahına malik olan ABŞ-da “Nüvə kodlu” qara çomadanın Trampdan Baydenə necə keçəcəyi maraq mövzusu kimi ortaya çıxıb. Mütəxəssislər xüsusi diqqət çəkən qara çomadanın köhnə prezidentdən yeni prezidentə necə keçəcəyinin mümkün ssenarilərini dilə gətirib.

SNN-ə danışan mütəxəssislər qeyd edirlər ki, Prezident Trampın səlahiyyət müddəti bu gün 23:59:59-da başa çatacaq. Bu saata qədər içində nüvə kodu aktiv olan qara çomadan Trampın yanında olacaq. Eyni saatda Prezident Baydenə anoloji çomadan təqdim ediləcək. Trampın yanında olan çantadakı kodlar isə anında bloklanacaq. Həmin saatda nüvə çantası ilə birlikdə Trampı müşayiət edən hərbçi Vaşinqtona qayıdacaq.


Müəllif: Cavad