21 Yanvar 2021 00:39
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində azı 43 qeyri-leqal miqrant həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə bəyanatına əsasən, Aralıq dənizində faciə yanvarın 19-da baş verib.

10 nəfər xilas edilib. Onlar Liviyanın Zuvara şəhərinə çatdırılıb.

Qəzaya səbəb qayığın mühərriyinin sıradan çıxması, həmçinin əlverişsiz hava şəraiti olub.


Müəllif: Teleqraf.com