Rusiyanın Zambiyadakı səfiri Aleksandr Boldırev vəfat edib.
Teleqrqaf.com xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyinin Tvitter hesabında məlumat yerləşdirilib.
“Səfirlik Rusiyanın Zambiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Viloviç Boldırevin vaxtsız vəfatından dərindən kədərləndiyini bildirir”, – deyə məlumatda qeyd olunur.
Zambiyadakı səfirliyin saytında yerləşdirilən məlumata görə, Boldırev səfir postunu 31 oktyabr 2019-cu ildən bəri tutub.
Bundan bir neçə gün əvvəl – yanvarın 17-də Rusiyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Sergey Kuznetsovun 67 yaşında öldüyü məlum olmuşdu.