21 Yanvar 2021 21:42
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyanın Haseke bölgəsində Əsəd rejimi ilə problemlərin həlli üçün YPG/PKK terror təşkilatından bir həftə vaxt istəyib.

Teleqraf.com xəbər verir ki, Rusiya 8 yanvar tarixindən bəri qarşılıqlı qarşıdurmaların baş verdiyi Qamışlıda YPG/PKK və Əsəd rejimi arasında vasitəçilik edir.

YPG/PKK-nın yanvarın 20-dək bütün Hasekedən çəkilmək üçün Əsəd rejiminə verdiyi son tarixdən sonra Qamışlıdakı danışıqların nəticə verməməsindən sonra Rusiya YPG/PKK-dan Əsəd rejimi üçün bir həftə istəyib.

Mənbələr Rusiyanın 1 həftəlik müddətin sonunda hər iki tərəfi də qane edəcək bir təklif irəli sürəcəyinə vəd verdiyini bildiriblər.

YPG/PKK Əsəd rejiminə aid bir çox hərbi postu ələ keçirərək, Hasekenin şəhər mərkəzini və Qamışlının mərkəzindəki hərbi mövqeləri mühasirəyə alıb. Bundan sonra Rusiyanın nəzarəti altında YPG/PKK və rejim qüvvələri arasında danışıqlar başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər