Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı etirazlar davam edir.
Teleqraf.com xəbər verir ki, Malidə insanlar Fransanın ölkədəki hərbi qüvvələrinin çıxarılması tələbi ilə küçələrə çıxıblar.
Məlumata görə, dünən paytaxtda başlayan və çox sayda insanın qatıldığı etirazlar davam edir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların baş verdiyi bildirilib.
Səkkiz ildir müdaxilə etdiyi müharibədə qazandığı uğursuz nəticədən sonra Fransanın Malidən çəkilməyin yollarını axtardığı deyilib.
Qeyd edək ki, Fransa Malinin böyük bir hissəsinə nəzarət edən qrupların qarşısını almaq üçün 2013-cü ildə bu ölkəyə hərbi müdaxilə edib. Keçən müddətdə heç nə əldə edə bilməyən Fransa radikal qrupların yayılmasının qarşısını ala bilməyib.
“AFP”-nin verdiyi xəbərə görə, Fransa Prezidenti Emmanuel Makron müharibənin Əfqanıstan kimi uzunmüddətli bir bataqlığa çevriləcəyindən narahat olaraq ölkədən çəkilməyin yollarını axtarır. Müxalifət partiyaları da Fransanın bu ölkədəki varlığının mənasız olduğunu və Malidən çəkilməyin lazım olduğunu iddia edirlər. Müdafiə naziri Florens Perli bir neçə gün verdiyi açıqlamada Malidə əbədi qalmayacaqlarını deyib.
Rəsmi məlumatlara görə, Fransa indiyə qədər Malidə 50 hərbçisini itirib. Bundan əlavə, irimiqyaslı maliyyə və hərbi-texniki itkilər də var.