22 Yanvar 2021 00:42
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada koronavirusa yoluxan insanlar arasında son sutkada qeydə alınan ölüm sayı 1,3 minə yaxın çatıb.

Teleqraf.com xəbər verir ki, ölkədə 24 saat ərzində 37,9 min nəfər koronavirusa yoluxub.

Britaniya hakimiyyəti ötən gün 1,820 ölüm halı barədə məlumat veriblər ki, bu da pandemiya başlayandan bəri ölkə üçün ən yüksək göstəricidir. Böyük Britaniyada ümumilikdə koronavirusa yoluxan 94 580 nəfər ölüb.

Ölkədə koronavirusa yoluxanlarına ümumi sayı 3,54 milyona çatıb.


Müəllif: Teleqraf.com