Amerika Birləşmiş Ştatları hakimiyyəti koronavirus pandemiyası ilə bağlı ölkəyə hava nəqliyyatı ilə gələnlər üçün təcridetmə qaydası tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.
“COVID-19-un yeni ştammın yaranması ilə əlaqədar xarici ölkələrdən ABŞ-a hava nəqliyyatı ilə gələnlərlə bağlı yeni tədbirlər tətbiq edirik. Başqa ölkələrdən təyyarə ilə ABŞ-a gələn hər bir şəxs qoruyucu maska taxmaqla yanaşı, uçuşdan əvvəl koronavirus testindən keçməlidir. Onlar həmçinin ABŞ-a gələndən sonra özlərini təcrid etməlidirlər”, - Bayden qeyd edib.