23 Oktyabr 2014 15:56
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrlandiya hökuməti Fələstinin müstəqilliyini rəsmi olaraq tanımalıdır".

Teleqraf.com xəbər verir ki, bu barədə İrlandiya Parlamenti qərar qəbul edib.
60 senat üzvündən 31-i məsələnin leyihə səs verib. İclasda çıxış edənlər hökuməti regionda yaşayan vətəndaşların sülh və təhlükəsiz şəraitdə yaşamasına yardım etməyə çağırıb.

İrlandiya-Fələstin Həmrəylik Kampaniyası verdiyi açıqlamada bu qərarın qəbulunun İsrailin Fələstin işğalına son verməsi mövzusundakı diplomatik təzyiqini artıracağını bildirib. İsrailin Dublindəki səfirliyi isə bu tip səsvermələrin sülh prosesinə ciddi zərbə endirdiyini qeyd edib.

Qeyd edək ki, İngiltərə parlamenti də bu ay Fələstinin tanınmasına dair düzəlişi qəbul edib. 274 deputat ingilis hökumətinin Fələstini tanımasının vacibliyinə səs verib.

Samir


Müəllif:

Oxşar xəbərlər