22 Yanvar 2021 11:24
2 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli İranı “dünya azərbaycanlılarının ikinci vətəni” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə yanvarın 19-da “dünya müsəlman azəriləri” günü tədbirində çıxışı zamanı danışıb.

Amuli dünyada yaşayan bütün azərbaycanlıların iki vətəninin - birinin doğulduqları yer, digərinin isə İran olduğunu söyləyib.

O, Azərbaycan dilinin qaydalarının müəyyənləşdirilməsinin, Azərbaycan dili lüğətinin nəşrinin, Azərbaycan mədəniyyətinin qorunmasının vacibliyini bildirib:

“Bu gün buradan Şah İsmayıl Səfəvi Fondunun yaradılmasını bildiririk. Bütün dünya ələviləri Şah İsmayıl dövrünün ələvilərini təqib etməlidirlər”.

Qeyd edək ki, “19 yanvar dünya müsəlman azəriləri günü” İrandakı dini-siyasi rejim tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə alternativ olaraq elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər