Son bir ayda İranın Sistan və Bəlucistan əyalətində 13-cü edam hökmü icra olunub.
Teleqraf.com xəbər verir ki, bu dəfə Zahidan həbsxanasında Hafiz Əbdülsəttar adıyla tanınan sünni din xadimi Yunis Xanşini edam edilib.
Məlumata görə, Hafiz Əbdülsəttar 8 il öncə qətl törətməkdə ittiham olunub.
Din xadiminin edamına etiraz edən bəluclar Əbdülsəttarın günahsız olduğunu, qətlin onunla münasibətdə olan başqa şəxslərin törətdiyini iddia ediblər.
Məlumata görə, son vaxtlar Sistan və Bəlucistan əyalətində edamların sayı artıb. Edam olunanlardan bir neçəsi sünni din xadimidir. Bir neçə gün öncə daha iki sünni din xadimi - Məhəmməd Əmin Bəluc Zehi və Əbdülrəhim Kuhi edam hökmlərinin icrasına hazırlıq üçün Zahidan həbsxanasının müvafiq bölmələrinə köçürülüb.