23 Yanvar 2021 01:16
2 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov həbs olunan müxalifətçi Aleksey Navalnını dəstəkləmək üçün bu gün keçirilməsi planlaşdırılan etiraz aksiyalarını “qanunsuz və qəbuledilməz” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Peskov sözügedən aksiyanın keçirilməsinə icazənin verilmədiyini bildirib.

Kremlin sözçüsü qeyd edib ki, xüsusən də uşaqlar və gənclər bu təxribatçı aksiyalara qatılmaqdan çəkinməlidirlər.
Rusiya Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara xəbərdarlıq edildiyini bildirən Peskov Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət İdarəsindən də, sosial şəbəkələrdə icazəsiz etiraz aksiyalarında iştirak etməyə təşviq edən çağırışların dayandırılmasının tələb edildiyini xatırladıb.

Peskov Navalnının Rusiya Prezidenti Vladimir Putinin özünə saray tikdirməsi iddiasına da cavab verib və bu iddianı “əsassız” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu