23 Yanvar 20:31
1 730

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-la imzalanan “F-35” döyüş təyyarələri və dronları da əhatə edən müdafiə paketi müqaviləsinin dəyərinin 23 milyard dollar olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bundan əvvəl sözügedən müqaviləni nəzərdən keçirəcəyini söyləyib.

BƏƏ-nin Vaşinqtondakı səfirliyindən verilən açıqlamada bu ölkənin əvvəl almaq istədiyi “F-35” qırıcı təyyarələri və digər müdafiə vasitələri üçün ABŞ hökuməti ilə bir razılaşma əldə edildiyi bildirilib.

Müqavilə dəyərinin 23 milyard dollar olduğu bildirilən açıqlamada qeyd edilib ki, müdafiə paketinə 10.4 milyard dollar dəyərində 50 ədəd “F-35” təyyarəsi, 2.97 milyard dollarlıq 18 “MQ-9B” tipli dron və 10 milyardlıq müxtəlif döyüş sursatları daxildir.

Açıqlamada müqavilənin mətnində sözügedən müdafiə paketinin çatdırılması üçün təxmini bir cədvəlin olduğu, konkret bir tarixin müəyyən olunmadığı deyilib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəzifəsinin sonuncu günü – yanvarın 20-də BƏƏ-yə “F-35” qırıcı təyyarələrinin satışına icazə verilməsi barədə sənəd imzaladığı açıqlanmışdı.

ABŞ Prezidenti Co Bayden müqaviləni nəzərdən keçirəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu