23 Yanvar 2021 21:38
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Baş naziri Yesixide Suqa ölkəsinin Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinə (TPNW) qatılmayacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, Suqa dünən qüvvəyə minən müqavilənin nüvə silahlarına sahib olan ölkələr tərəfindən dəstəklənmədiyini bildirib.

“Müharibədə atom bombasından ziyan çəkmiş yeganə ölkə olaraq Yaponiya beynəlxalq birliyin nüvə silahı olmayan bir dünya qurmaq səylərinə rəhbərlik etmək məsuliyyətinə malikdir”, - baş nazir söyləyib.

Suqa Yaponiyanın müqavilə üzrə müşahidəçi statusu ilə əlaqədar ehtiyatlı olacağını vurğulayıb və qeyd edib ki, ölkəsi nüvə silahlarına sahib dövlətlərlə qeyri-nüvə dövlətləri arasında körpü rolunu oynamağı hədəfə alıb:

“Bununla yanaşı, müqaviləyə nüvə silahı olan və olmayan bir çox dövlətdən heç bir dəstək yoxdur. Mövqeyimizə uyğun olaraq, nüvə silahlarının azaldılması istiqamətində sabit və real bir yol getməyimiz lazımdır, Yaponiya müqaviləni imzalamaq niyyətiində deyil”.

BMT baş katibin sözçüsü Stefan Dujarriç dünən nüvə silahlarını qadağan edən ilk beynəlxalq müqavilənin qüvvəyə mindiyini açıqlayıb. Müqavilə qüvvəyə minməsi üçün 50 ölkə tərəfindən təsdiqlənməli idi. Honduras 2020-ci il yanvarın 24-də müqaviləni təsdiqləyən 50-ci ölkə olub.

TPNW 50 ölkənin təsdiqləməsindən 90 gün sonra qüvvəyə minən nüvə silahlarının qadağan edildiyi ilk beynəlxalq müqavilə statusuna malikdir.

Nüvə silahlarına sahib olan ABŞ, Rusiya, İngiltərə, Çin, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail müqaviləni imzalamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər