“Avropa Birliyi (AB) Türkiyəyə əlini uzatdı”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Ölkənin baş diplomatı Türkiyə-AB münasibətlərində müsbət dinamika haqda açıqlama verib:
“Avropa Birliyinin dekabr zirvəsini bizə uzanan əl kimi qəbul edirik. İslahatlar müsbət atmosferə kömək edəcək. Gömrük Birliyi anlaşmasının yenilənməsi lazımdır. Bizim üçün ilk məsələ YPG-yə verilən dəstəyi dayandırmaqdır”.