23 Yanvar 12:40
3 826

OMON Rusiya müxalifət lideri Aleksey Navalnının sərbəst buraxılması tələbi ilə Vladivostokda keçirilən aksiyanı zorakılıqla dağıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

“Kommersant” isə xəbər verir ki, polis Navalnının İrkutskdakı qərargahının rəhbəri Sergey Bespalovu saxlayıb. Onun müavini Zaxar Sarapulov da tutulub. Hər iki şəxs “aksiyanın təşkili qaydalarını pozma” maddəsi ilə ittiham edilib.

İrkutskda yerli vaxtla saat 14:00-da Aleksey Navalnıya dəstək yürüşü başlayacaq. İştirakçılar İrkutsk vilayətinin hökumət binasına piyada gedəcəklər. Aksiya yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu